Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qlobal əməkdaşlığa növbəti Azərbaycan töhfəsi

0




  •           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası ilə bağlı aparıcı fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də rəğbətlə qarşılanır. Prezidentimizin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması buna əyani sübutdur.
                Belə ki, dövlət başçımız COVİD-19-la effektiv mübarizənin təmin edilməsi üçün beynəlxalq həmrəyliyin yaradılması təşəbbüsü ilə çıxış edib. Məhz BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifi də bu siyasətin davamıdır.
               Xatırladaq ki, Prezidentimiz İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı pandemiyaya qarşı mübarizə məqsədi ilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib və dünya dövlətlərini beynəlxalq həmrəyliyə çağırıb. Bu çağırış cavabsız qalmadı. Artıq müəyyən prosedurlar çərçivəsində 130-dan artıq dövlət Prezidentimizin təklifini müsbət qarşıladığını bəyan edib. Maraqlıdır ki, əksər dövlətlərin BMT-yə ünvanlanan müraciətlərində Prezidentimiz İlham Əliyevin təşəbbüsünün vaxtında atılmış addım olduğunu və bu təşəbbüsün qlobal xarakter daşıdığını bildiriblər.
                 Prezidentimizin təşəbbüsünün 130-dan artıq dövlət tərəfindən dəstəklənməsi və yalnız Ermənistan tərəfindən etirazla qarşılanması Azərbaycanın və dövlət başçımızın beynəlxalq arenada artan nüfuzundan xəbər verir. Bütün bunlar Prezidentimizə olan hörmətin, aparılan düzgün siyasətə olan etimadın nəticəsidir.
               Azərbaycanın pandemiya dövründə 30-dan çox ölkəyə yardım etməsi, ÜST-na pul köçürməsi, pandemiyaya qarşı mübarizə ilə bağlı Prezidentimizin beynəlxalq həmrəyliyə çağırışı və təşəbbüsü artıq dünyanı qorumağa hesablanıb: ”Biz birlikdə güclüyük!” devizi artıq beynəlxalq xarakter daşıyır. Prezidentimizin niyyəti xoşdur. Yalnız qlobal liderliyə, qlobal baxışa malik olanlar bu cür addım ata bilir. Bu məsələdə də Ermənistanın beynəlxalq aləmdə rüsvayçılığa düçar olması Prezidentimizin apardığı düşünülmüş siyasətinin nəticəsidir.
                 Əminik ki, Dağlıq Qarabağ probleminin də həll olunmasında dünya dövlətləri həmrəylik göstərəcəkdir.

    Bəxtiyar Əhmədov,

    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib53 dəfə
    Qlobal əməkdaşlığa növbəti Azərbaycan töhfəsi

    Maraqlı gələ bilər
    71